×
A
A
A
Sazlamalar

Havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib VİDEO

Bakı, 23 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqustun 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.

Ekologiya 2017-08-23 11:35:00

Video