×
A
A
A
Sazlamalar

Tam orta təhsil bazasında Azərbaycan Dövlət Pedaqoji Kollecinə 245 gənc qəbul olunub

Bakı, 23 avqust, AZƏRTAC

2017-2018-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə 245 gənc qəbul olunub (Azərbaycan bölməsi üzrə 190 nəfər, rus bölməsi üzrə 55 nəfər).
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, kollecə ayrılan plan yerləri 100 faiz dolub.

Elm və təhsil 2017-08-23 11:26:00