×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: “Qarabağ” üçün həlledici oyun VİDEO

Bakı, 23 avqust, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Danimarkadakı “Parken” stadionunda təmsilçimiz “Qarabağ” “Kopenhagen” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Alberto Undiano Mallenco olacaq. Ona həmyerliləri Roberto Alonso və Raul Cabanero kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Diego Barbero Sevilla yerinə yetirəcək.
Komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyun 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşmışdı.

 

İdman 2017-08-23 11:02:00

Video