Tələbələr təhsil haqqını yalnız nağdsız qaydada ödəməlidir
Bakı, 23 avqust, AZƏRTAC
Ali təhsil müəssisəsinin tələbəsi ödənişli əsaslarla təhsil alırsa, təhsil haqqını nağdsız qaydada ödəyə bilərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (ödəniş kartları, ödəniş tapşırığı və sair) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq), ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Həmin qanunun 3.4.8-ci maddəsində isə göstərilir ki, təhsil haqqının ödənilməsi bu qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb