×
A
A
A
Sazlamalar

İlk peşə-ixtisas təhsili müəssisələrinə 8 min 651 nəfər qəbul olub

Bakı, 23 avqust, AZƏRTAC

2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 1-dən 22-dək keçirilən birinci mərhələdə 8 min 651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər avqustun 23-dən 27-dək (şənbə və bazar günləri daxil olmaqla) təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 santimetr ölçüsündə dörd ədəd fotoşəkli, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisələrinə təqdim etməlidirlər.

Elm və təhsil 2017-08-23 10:54:00