×
A
A
A
Sazlamalar

“BHP Billiton” ABŞ-da şist nefti bazarından çıxacaq

Bakı, 23 avqust, AZƏRTAC
Qlobal dağ-mədən sənayesinin nəhəng şirkəti olan “BHP Billiton” ABŞ-da şist nefti və qazda nəzərdə tutulandan daha aşağı nailiyyət əldə etdiyi işlərini dayandırmaq qərarı alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Şirkət ötən dövrdə xalis borcunu təxminən 10 milyard dollar azaldaraq 16,3 milyard dollara çatdırıb. “BHP Billiton”un səhmlərini dəyəri 0,43 dollara yüksəlib.
Həmçinin şirkətin illik mənfəəti 6,7 milyard dollara çatıb.

Dünya 2017-08-23 10:44:00