×
A
A
A
Sazlamalar

Amerika Neft İnstitutu: Ölkədə benzin ehtiyatları artıb

Bakı, 23 avqust, AZƏRTAC
Ötən hesabat həftəsində ABŞ-ın benzin ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir.
Bildirilir ki, keçən həftə ABŞ-da benzin ehtiyatları 1,4 milyon barrel artıb, xam neft ehtiyatları isə 3,6 milyon barrel azalıb.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.

Dünya 2017-08-23 10:30:00