×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidentinin Şəmkirdə açılışını etdiyi obyektlər rayonun iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir

Şəmkir, 23 avqust, Famil Quliyev, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Şəmkirdə açılışını etdiyi obyektlər rayonun iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin işə salınması əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təchizatına, “Azərxalça” ASC-nin Şəmkir filialının açılışı isə zərif cinsin nümayəndələrinin işlə təminatına şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Şəmkirdəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 20-də bu rayona səfəri ilə bağlı ictimaiyyətlə keçirilən görüşdə səsləndirilib.
Görüş Azərbaycan Prezidenti İlham Əliyevin Şəmkir rayonuna səfəri ilə bağlı videoreportajın nümayişi ilə başlayıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezidentin səfəri ilə bağlı xoş təəssüratlarını ictimaiyyətin nümayəndələri ilə bölüşüb.
Qeyd edilib ki, Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi rayon mərkəzi ilə ucqar dağ kəndlərinin əlaqəsini yaxşılaşdırıb. Səfər zamanı Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. Dövlət başçısı “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında da iştirak edib. Respublika üçün mühüm əhəmiyyət kəsb edən “Şəmkir Aqroparkı” daxili bazarlarla yanaşı, yerli məhsulların xaricə çatdırılmasına da zəmin yaradacaq. Görüşdə ictimaiyyət nümayəndələrinin bir qrupuna rayonun siyasi və mədəni həyatında fərqləndiklərinə görə fəxri fərmanlar təqdim olunub.

Regionlar 2017-08-23 10:17:00