×
A
A
A
Sazlamalar

Köhnəqışlaqlı müəllim və şagirdlər yeni dərs ilini yeni məktəbdə qarşılayacaqlar

Ağstafa, 23 avqust, Famil Quliyev, AZƏRTAC

Ağstafa rayonunun sərhəd kəndi Köhnəqışlaqda inşa olunan 108 şagird yerlik tam orta məktəbin binası istifadəyə hazırdır.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktəb binasının inşası zamanı təhlükəsizlik amilləri tam nəzərə alınıb. İkimərtəbəli məktəb binasında xarici dil və informatika kabinetlərinə kompüter avadanlıqları düzülüb, fənn laboratoriyalarına əyani vəsaitlər quraşdırılıb, eləcə də idman və akt zalları, kitabxana, sinif otaqları ən müasir inventarlarla təchiz edilib.
Bina istilik sistemi ilə təmin olunub. Məktəbin həyətində açıq tipli idman meydançası yaradılıb və ətraf tamamilə abadlaşdırılıb.

 

Regionlar 2017-08-23 10:20:00