×
A
A
A
Sazlamalar

Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verib

Bakı, 23 avqust, AZƏRTAC 

Avqustun 23-də Fövqəladə Hallar Nazirliyindən (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Hadisə 2017-08-23 10:04:00