×
A
A
A
Sazlamalar

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

Bakı, 22 avqust, AZƏRTAC 

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub.
AZƏRTAC xəbər verir ki, turist sayı keçən ilə nisbətən 1,5 milyona qədər artıb.
İlin ilk yarısında Parisə 16 milyon turist gəlib və bu, son 10 ildə ən çox turistik səfərdir. Parisə gələnlərin əksəriyyəti ABŞ turistləridir.
Fransanın Turizm Nazirliyinin məlumatına görə, ötən ay Fransaya gələn turist sayı ilin sonuna qədər 89 milyona çatacaq, bu da rekord hədd hesab edilir.

Dünya 2017-08-22 22:47:00