×
A
A
A
Sazlamalar

Azərbaycanın turizm imkanlarını özündə əks etdirən videoçarx beynəlxalq səsvermədə iştirak edir

Bakı, 22 avqust, AZƏRTAC

Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (BMDTT) rəsmi internet saytında Azərbaycanın turizm imkanlarını özündə əks etdirən videoçarx beynəlxalq səsvermədə iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səsvermədə qalib olan videoçarxa Çinin Chengdu şəhərində keçiriləcək BMDTT-nin Baş Assambleyasının 22-ci sessiyasında “People's Choice Award” mükafatı veriləcək.
Səsvermədə iştirak etmək üçün bu linkə daxil olmaq lazımdır: https://goo.gl/j4rDK2

 

Turizm 2017-08-22 18:50:00