×
A
A
A
Sazlamalar

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda işlər sürətlənir

Bakı, 22 avqust, AZƏRTAC
Dövlət İnvestisiya Proqramına əsasən Suraxanı rayonunda Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən yolda yenidənqurma işləri aparılır.
Suraxanı rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 12 kilometr uzunluğunda olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3 kilometrlik hissəsində “Azəravtoyol” ASC-nin gördüyü işlər getdikcə sürətlənir.
Bundan başqa Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometr uzunluğunda olan Zığ-Hövsan avtomobil yolu yenidən qurulur və Zığ dairəsi-Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ qəsəbəsinə çıxış üçün qovşaq düzəldilir.

Sosial 2017-08-22 18:03:00