×
A
A
A
Sazlamalar

Norveç Təqaüd Fondu səhm payını 10 faiz artıracaq

Bakı, 22 avqust, AZƏRTAC

Dünyanın ən böyük təqaüd fondu olan və 970 milyard dollar dəyərindəki Norveç Təqaüd (Neft) Fondu qazancını artırmaq və ölkənin neft gəlirlərini gələcək nəsillər üçün qorumaq məqsədilə səhm payını 60 faizdən 70 faizə çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Fondun idarə heyətinin sədrinin müşaviri Trond Grande deyib.
O bildirib ki, son beş il ərzində dəyərini iki dəfə artıran fond bu ilin ikinci rübündə 202 milyard kron (26 milyard dollar), ilin birinci yarısında isə 499 milyard kron (təxminən 65 milyard dollar) qazanc əldə edib.

Dünya 2017-08-22 17:53:00