Uşaqlarda gec danışmağın səbəbi B12 vitamini çatışmazlığı ola bilər
Bakı, 22 avqust, AZƏRTAC
B12 vitamini əksik olan uşaqlarda gec danışma kimi problemlər rast gəlinir.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından AZƏRTAC-a bildiriblər ki, B12 vitamini orqanizm tərəfindən sintez olunmayan və heyvani qidaların yeyilməsi ilə mənimsənilən vitamindir. Beyinin inkişafı üçün çox vacib olan bu vitamin qırmızı ət və yumurtada çox miqdarda var. B12 vitamini eyni zamanda uşağın böyüməsi və inkişafına da təsir edir. Uşağın böyüməsi, inkişafı, yeriməsi və ya oturub qalxması kimi funksiyaların gecikməməsi üçün B12 vitamini ilə zəngin qidalar qəbul edilməlidir. Əks halda sadalanan problemlərin yaranma ehtimalı istisna deyil.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar