×
A
A
A
Sazlamalar

Ermənistan ordusunda zabitlər dolanışıq ucbatından rüşvət almaq məcburiyyətindədirlər

Bakı, 22 avqust, AZƏRTAC 

Ermənistan ordusunda zabitlər dolanışıq ucbatından rüşvət almaq məcburiyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın işğal edilmiş Ağdərə istiqamətində yerləşən düşmən ordusunun hərbi qulluqçusu Avedisyan Qarik Tiqranoviçin rabitə bölüyünə təyin olunması üçün 700 ABŞ dolları məbləğində rüşvət verilib.
Belə bir hadisə başqa hərbi hissədə də qeydə alınıb. Bu isə əsgər valideynlərinin narazılığına səbəb olub və narazılıq ərizəsi əsasında hərbi polis araşdırmalara başlayıb.
Həmin hərbi hissənin başqa bir alayının bölmələrindən birində sürücü vəzifəsində xidmət edən müddətli hərbi qulluqçunun ön xətt bölməsindən xidmətini daha rahat yerə təyin olunması üçün alayın vəzifəli şəxsinə (Ohan adlı şəxsə) rüşvət təklif etməsi də araşdırma zamanı aşkar olunub.

Ordu 2017-08-22 17:49:00