×
A
A
A
Sazlamalar

FHN Səbail rayonunda mağazada baş verən yanğınla bağlı məlumat yayıb

Bakı, 22 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Səbail rayonunda geyim əşyaları satılan mağazada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Səbail rayonunun ərazisində ümumi sahəsi 150 kvadratmetr olan mağazanın geyinib-soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 kvadratmetr sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2017-08-22 17:34:00