×
A
A
A
Sazlamalar

Cari ilin ilk 6 ayı ərzində Bakı və regionlarda 177 könüllü qanvermə aksiyası keçirilib

Bakı, 22 avqust, AZƏRTAC

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Cari ilin ilk 6 ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük edilib. Keçirilən 177 qanvermə aksiyasında, 39 756 nəfər donor iştirak edib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında (MQB), Milli Onkologiya Mərkəzində, MQB Gəncə Bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanılıb.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq. Talassemiya xəstəliyindən əziyyət çəkən insanlara müntəzəm olaraq qan köçürmə, hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə də qan lazımdır. Kimyaterapiya zamanı onkoloji xəstələr üçün isə qan həyati əhəmiyyət kəsb edir.

Səhiyyə 2017-08-22 17:17:00