×
A
A
A
Sazlamalar

Səbail rayonu ərazisindəki mağazada baş verən yanğın söndürülüb

Bakı, 22 avqust, AZƏRTAC 

Səbail rayonu ərazisində, Kukla Teatrının yaxınlığında geyim əşyaları satılan mağazada baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qısa zaman ərzində yanğını söndürüb, qonşu mağazalara keçməsinin qarşısını alıblar. Yanğın 30-35 kvadratmetr ərazini əhatə edib. Mağazada əsasən divar kağızları yanıb. Yanğın nəticəsində geyim əşyalarına ziyan dəyməyib və xəsarət alan yoxdur.
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2017-08-22 14:58:00