×
A
A
A
Sazlamalar

Gədəbəy rayonunda xeyli sayda hərbi sursat tapılıb

Bakı, 22 avqust, AZƏRTAC 

Gədəbəy rayonunun ərazisində hərbi sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gədəbəy rayonunun Pirbulaq kəndi ərazisində 18 “F-1” qumbarası, 6 müxtəlif tipli raket, 10 trotil şaşka, 9 patron darağı, 840 avtomat patronu, 1 reaktiv mühərriki, 10 partlayıcı və digər hərbi sursat aşkar edilərək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən götürülüb.

Hadisə 2017-08-22 14:43:00