×
A
A
A
Sazlamalar

Törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən şəxs tutulub

Bakı, 22 avqust, AZƏRTAC 

Avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 naməlum şəxs tərəfindən döyülməsi və 20 min manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb qızıl mağazasına sataraq 31 min 305 manat pul əldə etməsi və törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə B.Mövludov tutulub.

Hadisə 2017-08-22 13:39:00