×
A
A
A
Sazlamalar

Cəlilabad şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 22 avqust, AZƏRTAC 

Cəlilabad şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə binanın ikinci mərtəbəsində ümumi sahəsi 47 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin bir hissəsi yanıb. Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2017-08-22 12:48:00