×
A
A
A
Sazlamalar

Ermənistan silahlı qüvvələrinin zabiti intihar edib

Bakı, 21 avqust, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin zabiti intihar edib.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı Andranik Armenoviç Mkrtçyanın meyiti xidmət etdiyi hərbi hissənin ərazisində aşkarlanıb. Cəsədin çənə hissəsində odlu silahdan açılan atəş nəticəsində əmələ gələn yara müşahidə edilib.
Əvvəlcə Andranik Armenoviç Mkrtçyanın nizamnamədənkənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan onun istifadəsində olan avtomat silahı çənəsinə söykəyərək atəş açmaqla intihar etdiyi müəyyənləşib.
Ermənistan Müdafiə Nazirliyi A.Mkrtçyanın zabit olduğunu açıqlayıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırılma aparılır.
A.Mkrtçyan əvvəllər Yerevan yaxınlığındakı hərbi hissələrdən birində xidmət edib. Oğurluq etdiyinə görə onun xidmət yeri Meğri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilib.

Ordu 2017-08-21 17:15:00