×
A
A
A
Sazlamalar

İlin əvvəlindən Füzulidə 2207 baş heyvan süni mayalandırılıb

Füzuli, 21 avqust, AZƏRTAC
Füzuli rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İlin əvvəlindən rayonda 2207 baş heyvan süni mayalandırılıb.
Füzuli rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. İlin əvvəlindən rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2207 baş inək və düyə süni yolla mayalandırılıb. Ötən il mayalandırılmış heyvanlardan bu il 987 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.

 

Kənd təsərrüfatı 2017-08-21 11:23:00