×
A
A
A
Sazlamalar

Ötən gün qeydə alınmış 86 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb

Bakı, 19 avqust, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 86 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

Hadisə 2017-08-19 12:57:00