×
A
A
A
Sazlamalar

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək

Bakı, 19 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, avqustun 19-da “Dalğa Arena”da “Səbail” və “Neftçi” klubları arasında keçiriləcək turun ilk görüşünü Ramil Diniyev idarə edəcək. Oyun saat 18:00-da start götürəcək.
Həmin gün turun mərkəzi matçında - saat 20:00-da “Qarabağ” komandası Bakının “İnter” klubunu qəbul edəcək. “Azersun Arena”da təşkil ediləcək qarşılaşmaya baş hakim kimi Rauf Cabbarov təyin olunub.
Avqustun 20-də isə Yevlax şəhər stadionunda “Kəpəz” komandası “Zirə” ilə görüşəcək. Bu oyunu baş hakim kimi Rəvan Həmzəzadə idarə edəcək. Bu oyuna saat 17:00-da start veriləcək.
Turun son matçında “Qəbələ” doğma meydanda “Sumqayıt” klubu ilə üz-üzə gələcək. Saat 20:00-da başlayacaq qarşılaşma FİFA referisi Əliyar Ağayeva həvalə olunub.

İdman 2017-08-19 12:04:00