×
A
A
A
Sazlamalar

Tərtərli fermerlər günəbaxan yığımına başlayıblar

Tərtər, 19 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtərli fermerlər günəbaxan yığımına başlayıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, torpaq mülkiyyətçiləri bu il 1637,4 hektarda günəbaxan yetişdiriblər. Artıq əkinçilər yetişdirdikləri məhsulu yığmağa başlayıblar.
Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə mal-qara yemi kimi istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə edilir. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.

 

Kənd təsərrüfatı 2017-08-19 11:32:00