×
A
A
A
Sazlamalar

Tovuzlu fermerlər meyvə bağlarından 4250 ton məhsul toplayıblar

Tovuz, 19 avqust, Famil Quliyev, AZƏRTAC

Tovuzlu fermerlər 984 hektar bağda bol meyvə yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar meyvə bağlarından hələlik 4250 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 ton çoxdur.
Rayonda meyvə yığımı davam edir.

Kənd təsərrüfatı 2017-08-19 11:03:00