×
A
A
A
Sazlamalar

Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı 18 avqust, AZƏRTAC 

Avqustun 18-də bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gənclər arasında çoxnövlülük üzrə yarışın qalibi Darya Farşbafşahriyari olub. Nərminə Səmədova ikinci, Arzu Cəlilova isə üçüncü yerə layiq görülüb.
Böyüklər arasında Zöhrə Ağamirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Veronika Hudis ikinci, Tanaka Probert Aya isə üçüncü olub.
Qaliblər federasiya tərəfindən diplom, medal və hədiyyə ilə mükafatlandırılıblar.

İdman 2017-08-18 18:20:00