×
A
A
A
Sazlamalar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığması ilə qarşılaşıb

Bakı, 18 avqust, AZƏRTAC

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda təşkil olunacaq Avropa çempionatına hazırlaşan baş məşqçi Faiq Qarayevin yetirmələri Sloveniya yığması ilə qarşılaşıblar.
Görüş sloveniyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Daha öncə Sloveniya ilə qarşılaşan millimiz ilk oyunda 3:1 hesabı ilə qalib gəlsə də, ikinci görüş 2:2 hesabı ilə yekunlaşıb. Hazırlıq prosesi çərçivəsində millimiz Belçika millisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman 2017-08-18 17:04:00