×
A
A
A
Sazlamalar

Ağır atletika üzrə Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək

Bakı, 18 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanının ağır atletika üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək.
AZƏRTAC xəbər verir ki, məqsəd qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. On altı nəfərlik heyət milli komandamızın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq.
Atletlər ölkəmizdə avqustun 21-dən sentyabrın 16-dək hazırlıq keçəcəklər. Bu toplanış milli komandalarımızın üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

İdman 2017-08-18 15:27:00