×
A
A
A
Sazlamalar

Azərbaycan atıcısı beynəlxalq reytinq cədvəlində irəliləyib

Bakı, 18 avqust, AZƏRTAC
Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda "Neftçi İdman Klubu"nun yetirmələri da yer alıblar.
Ötən ayla müqayisədə mövqeyini yaxşılaşdıran Ruslan Lunyov həm 10 metr, həm də 25 metr məsafəyə atəşaçmada bir pillə irəliləyib. O, müvafiq olaraq, 28-ci və 10-cu pillələrə yüksəlib.
Klubun digər atıcısı Nigar Nəsirova isə mövqeyini qoruyub. Xanım idmançımız 10 metr məsafəyə atəşaçmada yenə də 58-ci yerdədir.

İdman 2017-08-18 11:58:00