×
A
A
A
Sazlamalar

İspaniyada daha bir terror aktı törədilib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını insanların üzərinə sürüblər.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşı da var.
Polisin çevik müdaxiləsi nəticəsində terrorçulardan 4-ü dərhal məhv edilib, daha biri isə yaralanıb. Yaralanan terrorçu bir müddət sonra həyatını itirib.
Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri aşkarlanıb. Onların Barselonadakı terror aktını təkrarlamaq niyyətində olduqları iddia edilir.

Dünya 2017-08-18 06:20:00

Video