×
A
A
A
Sazlamalar

Topaz Premyer Liqasında ikinci turun oyun cədvəli müəyyənləşib

Bakı, 17 avqust, AZƏRTAC

Topaz Premyer Liqasının 2017-2018-ci illər mövsümündə ikinci turun oyun cədvəli müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, avqustun 19-da start götürəcək turun ilk oyunu “Dalğa Arena”da “Səbail” ilə “Neftçi” klubları arasında olacaq. Eyni gündə “Azersun Arena”da “Qarabağ” komandası Bakı təmsilçisi “İnter”i qonaq edəcək.
Avqustun 20-də isə “Qəbələ” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Yevlax şəhər stadionunda isə “Kəpəz”–“Zirə” komandalarının görüşü keçiriləcək.

İdman 2017-08-17 15:20:00