×
A
A
A
Sazlamalar

Konqoda torpaq sürüşməsi nəticəsində azı 40 nəfər həlak olub

Bakı, 17 avqust, AZƏRTAC 

Konqo Demokratik Respublikasının şimal-şərqində baş verən torpaq sürüşməsi nəticəsində azı 40 nəfər həlak olub.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə İturi vilayətində Albert gölü yaxınlığında baş verib.
Qeyd edək ki, cari ildə Afrikanın bir çox bölgələrində yağan yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.

Dünya 2017-08-17 15:00:00