×
A
A
A
Sazlamalar

Parkinson xəstəliyinin şəfası... kosmosda axtarılır

Bakı, 17 avqust, AZƏRTAC
Parkinson xəstəliyinin yeni müalicə üsullarının tapılması və onun mənbəyinin araşdırılmasında istifadə ediləcək təcrübə materialları Beynəlxalq Kosmos Stansiyasına göndərilib.
AZƏRTAC NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, ABŞ-ın xüsusi servis və kosmik gəmi istehsalçısı “SpaceX”-in “Draqon kapsul”u Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən fəzaya göndərilib. Bu, “SpaceX” kosmos stansiyasına göndərilən 12-ci yük gəmisidir.
“Draqon kapsulu”nda Parkinson xəstəliyinin araşdırılması üçün lazım olan təcrübə vəsaitləri var.
Parkinson xəstəliyinin zülalı hesab edilən LRRK2 kristallarının daha yaxşı araşdırılması üçün onların böyüdülməsi lazımdır. Ancaq Yerin cazibə qüvvəsi kristalların böyüməsinə mane olduğuna görə alimlər bunun kosmosda mümkünlüyünü düşünürlər.

Səhiyyə 2017-08-17 13:50:00