×
A
A
A
Sazlamalar

Azərbaycan Güləş Federasiyası baş məşqçi Semyon Çterevlə yollarını ayırıb

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.
Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 2014-cü ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi.

 

İdman 2017-08-17 12:31:00