×
A
A
A
Sazlamalar

Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib

Bakı, 17 avqust, AZƏRTAC

Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin ikinci günündə Türkiyə təmsilçisi “Başakşehir” öz meydanında “Sevilya”nı qonaq edib. Görüş “Sevilya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Olimpiakos”–“Riyeka”- 2:1, “Seltik”-“Astana” – 5:0, “Hapoel”-“Maribor”- 2:1, “Napoli”-“Nitsa” - 2:0.

İdman 2017-08-17 12:21:00