×
A
A
A
Sazlamalar

Paris-2017: Bersi Arena güləş üzrə dünya çempionatına hazırdır

Paris, 17 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, avqustun 21-dən 26-dək Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bersi Arenada keçiriləcək çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünyanın 1000 ən yaxşı güləşçisi iştirak edəcək. Bersi Arenada dünya çempionatını beş mindən çox azarkeşin izləyəcəyi gözlənilir.
Çempionatın proqramına əsasən, ilk olaraq 71, 75, 85 və 98 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Avqustun 22-də 59, 66, 80 və 130 kiloqram çəkidə yunan-Roma güləşçiləri, bir gün sonra isə 55, 58, 63 və 75 kiloqramda qadın güləşçilər yarışacaqlar. Yarışların dördüncü günündə 48, 53, 60 və 69 kiloqram çəkidə qadın güləşçilər mübarizə aparacaqlar. 57, 61, 86 və 125 kiloqram çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaqlar. Çempionatın sonuncu günü isə sərbəst güləş üzrə 65, 70, 74 və 97 kiloqram çəki dərəcəsində güləşçilər yarışacaqlar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

İdman 2017-08-17 10:16:00