×
A
A
A
Sazlamalar

Ağır atletlərimiz Universiadada iştirak edəcəklər

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 19-dan 30-dək Tayvanın paytaxtı Taypey şəhərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək.
Atletika yığmamızın iki üzvü də onların arasındadır. Universiadada millimizin şərəfini 69 kiloqram çəki dərəcəsində Məhəmməd Məmmədli, 105 kiloqramdan artıq çəki dərəcəsində isə Azər Məmmədli qoruyacaq.

İdman 2017-08-16 02:07:00