×
A
A
A
Sazlamalar

Namiq Abdullayev: Güləşçilərimiz hər zaman olduğu kimi, Parisdə də yüksək əyarlı medallar qazanacaqlar

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan güləşçiləri hər zaman olduğu kimi, Parisdə keçiriləcək dünya çempionatında da yüksək əyarlı medallar qazanacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev jurnalistlərə müsahibəsində deyib. “Hazırlıqlar yüksək səviyyədə keçib. Komanda üzvlərinin əhval-ruhiyyəsi yaxşıdır. Ümid edirəm ki, hər zaman olduğu kimi, güləşçilərimiz yüksək əyarlı medallar qazanacaqlar. Bunun üçün hər cür şərait yaradılıb. Güləşçilər də məşqlərdə səylə çalışıblar. İnanırıq ki, onlar bunun bəhrəsini görəcəklər”.

İdman 2017-08-15 18:52:00