×
A
A
A
Sazlamalar

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti: Hər komandamızdan 2-3 medal gözləyirik

Bakı, 15 avqust, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, avqustun 21-dən 26-dək Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.
Mətbuat nümayəndələri üçün brifinqdə vitse-prezident Elçin Cəfərov komandalarda hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib: “Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir. İdmançıların hamısı bir neçə gündən sonra başlayacaq dünya çempionatına səylə hazırlaşıblar. Hazırlıq prosesi çox yaxşı səviyyədə gedir. Hamımız ölkəmizi təmsil edəcək güləşçilərdən yüksək nəticələr gözləyirik. Əhval-ruhiyyə də çox yüksəkdir. Dünya çempionatına kim necə hazırlaşıbsa, ondan o cür də nəticə gözləyirik. Hər komandadan 2-3 medal gözləyirik. Bu da ümumi komanda hesabında ilk beşliyə düşmə şansı verir. İnanırıq ki, güləşçilərimiz və məşqçilər korpusu bu işin öhdəsindən gələcəklər.

İdman 2017-08-15 17:14:00