×
A
A
A
Sazlamalar

Kazanda mövsümün bədii gimnastika üzrə son dünya kuboku yarışı yekunlaşıb

Bakı, 15 avqust, AZƏRTAC 

Rusiyanın Kazan şəhəri bədii gimnastika üzrə bu ilin sonuncu dünya kuboku mərhələsinə ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastlarının da yer aldığı turnirdə ümumilikdə 33 ölkədən nümayəndələr iştirak edib. Ölkəmizi qrup hərəkətləri proqramında təmsil edən Ayşən Bayramova, Elif Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva 2 kompozisiya ilə final mərhələsinə vəsiqə qazanaraq, yekun nəticədə hər iki çıxış üzrə 6-cı pillədə qərar tutublar. Çoxnövçülükdə isə qızlarımız 7-ci yerlə kifayətləniblər. Qrup hərəkətləri üzrə komandalar arasında liderlik Rusiya təmsilçilərində olub.
Dünya kuboku yarışları avqustun 11-dən 13-dək davam edib.
Fərdi proqramda isə ölkəmizi gənc gimnastımız Zöhrə Ağamirova təmsil edib. O, 4 alət üzrə yekun nəticəyə əsasən 24-cü yerdə qərarlaşıb.

İdman 2017-08-15 13:32:00