×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovina-Azərbaycan oyununda hesab açılmayıb

Bakı, 15 avqust, AZƏRTAC

Sarayevoda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AFFA-dan AZƏRTAC bildirilib ki, millimiz toplanış çərçivəsində ilk matçına çıxıb. Komandamız Bosniya və Herseqovinanın U-17 yığması ilə görüşüb. Bu qarşılaşmada hesab açılmayıb – 0:0.
Qeyd edək ki, yığmamızın Bosniya və Herseqovina millisi ilə daha bir görüşü nəzərdə tutulub.

İdman 2017-08-15 11:43:00