×
A
A
A
Sazlamalar

Azərbaycan futbolçusu Albaniya klubu ilə müqavilə imzalayıb

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan futbolçusu Rauf Əliyev karyerasını Albaniyada davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, hücumçu “Kukesi” klubu ilə müqavilə imzalayıb.
Yay fasiləsində fəal olan Albaniya təmsilçisi daha iki oyunçusununun təqdimat mərasimini keçirib. Onlardan biri Azərbaycan millisinin sabiq hücumçusu olub.
Qeyd edək ki, R.Əliyev Albaniyada çıxış edən ilk futbolçumuz olacaq.

İdman 2017-08-15 11:04:00