×
A
A
A
Sazlamalar

Voleybolçularımız Sloveniya yığmasına qalib gəliblər

Bakı, 15 avqust, AZƏRTAC

Mariborda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri Sloveniya yığması ilə qarşılaşıblar. Komandamız Sloveniya millisini 3:1 (25:22, 25:18, 20:25, 25:16) hesabı ilə məğlub edib.
Qeyd edək ki, yığmamız bu görüşlə yanaşı, Belçika ilə də gücünü yoxlayıb. Komandamız həmin görüşdə 1:3 hesabı ilə məğlub olub.

 

İdman 2017-08-15 11:00:00