×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: Ağdamın “Qarabağ” komandası Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək

Bakı, 15 avqust, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, saat 20:00-da başlayacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Paolo Tagliavento olacaq. Ona həmyerliləri Alessandro Giallatini və Alessandro Costanzo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Filippo Meli yerinə yetirəcək.
Oyunda əlavə köməkçi hakimlər isə Massimiliano Irrati və Antonio Damato olacaqlar.
Qarşılaşmanın UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev (Bolqarıstan), hakim-inspektoru isə avstriyalı Fritz Stuçlikdir.
Play-off mərhələsinədək “Qarabağ” klubu Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” komandalarını mübarizədən kənarlaşdırıb.

İdman 2017-08-15 10:55:00