×
A
A
A
Sazlamalar

Azərbaycan güləşçilərinin hazırlıqları davam edir

Bakı, 15 avqust, AZƏRTAC
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqlarını davam etdirirlər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər.
Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənədək davam edəcək. Avqustun 7-də Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıq aparacaqlar. Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-dək davam edəcək.
Məlumat üçün bildirək ki, dünya çempionatı avqustun 21-dən 26-dək Parisdə keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, ayın 23-24-də qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.

İdman 2017-08-15 00:05:00