×
A
A
A
Sazlamalar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb

Bakı, 14 avqust, AZƏRTAC

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri ikinci matçda Belçika yığması ilə qarşılaşıblar.
Oyunda millimiz 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatına hazırlaşan millimiz Sloveniya ilə yoxlama oyununu heç-heçə (2:2) başa vurmuşdu.

 

İdman 2017-08-14 11:26:00