×
A
A
A
Sazlamalar

“Real Madrid” “El klassiko”da qələbə qazanıb

Bakı 14 avqust, AZƏRTAC

Avqustun 13-də “Kamp Nou” stadionunda keçirilən "El Klassiko"da "Real Madrid" komandası "Barselona"nı 3:1 hesabı ilə məğlub edib.
AZƏRTAC xəbər verir ki, oyunun ilk yarısında hesab açılmayıb.
Matçın 50-ci dəqiqəsində madridlilər hesabda irəli çıxıblar. J.Pike avtoqola imza atıb. Hücumlarının sayını artıran "Barselona" görüşün 77-ci dəqiqəsində istəyinə nail olub. Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə tarazlığı bərpa edib – 1:1. Bu qoldan üç dəqiqə sonra Kristiano Ronaldo komandasını hesabda irəli çıxardıb - 1:2.
Görüşün 82-ci dəqiqəsində Ronaldo qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb.
Oyunda son nöqtəni isə 90 dəqiqədə Asensio qoyub. O, vurduğu qolla "Real Madrid"ə 3:1 hesablı qələbə qazandırıb.

İdman 2017-08-14 02:17:00